Şrift:
Musiqili Teatr mövsumu “Ər və arvad”la açıq elan edəcək
17.09.2020 [10:08] - Xəbərlər, Mədəniyyət
Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 111-ci mövsümünü onlayn açıq elan edəcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, həmin gün Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin 135 illiyi münasibətilə dahi bəstəkarın ölməz əsərlərindən olan “Ər və arvad” musiqili komediyası saat 19:00-da sosial şəbəkə izləyicilərinin ixtiyarına veriləcək.

Sentyabrın 19-da “O olmasın, bu olsun”, 20-də “Arşın mal alan” səhnə əsərləri də eyni saatda onlayn nümayiş olunacaq.

Xatırladaq ki, müvəqqəti də olsa, hələ ki bu üsulla teatrın layihələri davam edəcək.
Bu xəbər oxucular tərəfindən 368 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed