Şrift:
İmtahanda iştirak etmiş ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyənlər haqqında statistik məlumatlar təqdim edilib
17.09.2020 [10:37] - Gündəm, Mədəniyyət
Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 10-da keçirdiyi inzibati icraçı vəzifələr üzrə imtahanda iştirak etmiş ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən və dövlət qulluğunda çalışan namizədlər haqqında statistik məlumatları təqdim edib.

Mərkəzdən bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərdən 1143 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 528 nəfəri (46,2 faiz) imtahanı müvəffəqiyyətlə verib.

İmtahanda iştirak edənlərdən 274 nəfər isə məlumatları “Dövlət qulluqçularının reyestri” sisteminə daxil edilmiş şəxslər olub. Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 42 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 20 nəfər imtahandan uğurla keçib. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.

Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxslərdən isə 185 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 56 nəfər müvəffəqiyyət əldə edib. İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 47 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 22 nəfər uğur qazanıb.

Xatırladaq ki, ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1417 namizəddən 626 nəfər (44,2 faiz) müvəffəqiyyət əldə edib.
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed