Şrift:
Qazaxıstanda quş qripi qeydə alınıb
17.09.2020 [11:38] - Gündəm, Sağlıq
Quş qripi xəstəliyi Şimali Qazaxıstan bölgəsinin yeddi rayonunda aşkar edilib

Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi xəbər verir ki, bölgədə yüksək patogen təsir göstərən quş qripinin yayılmasına qarşı tədbirlər görülür, peyvəndlər gətirilir, ərazilər dezinfeksiya edilir, quş əti və əlaqədar məhsulların ixracına qadağa qoyulub.

Təcili olaraq ölkənin epidemioloji təhlükəsizlik vəziyyətini bərpa etmək və xəstəliyin yayılmasının qarşısını almaq üçün sentyabrın 17-dən etibarən diri quşların və inkubator yumurtaların, quş əti və hər növ quş məhsulları, quşlar üçün yem və yem qatqılarının, habelə istifadə olunan avadanlıqların ixracına müvəqqəti məhdudiyyətlər qoyulub.
Bu xəbər oxucular tərəfindən 682 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed