Şrift:
İran 75 əmtəənin ölkəyə gətirilməsini qadağan etdi
10.11.2012 [11:59] - Güney Azərbaycan xəbərləri
İranda 75 əmtəənin ölkəyə gətirilməsinə qadağa qoyulub. Qadağanı İranın Sənaye, Mədən və Ticarət Nazirliyi tətbiq edib.

İdxalı qadağan edilən əmtəələr arasında kompüter və onun avadanlıqları mobil telefon, avtomobil, motosiklet, bəzi ev əşyaları, geyim, kosmetik və gigiyenik mallar uşaq oyuncaqları, lampa növləri, disklər və CD-lər, batareyalar, qabyuyan, paltaryuyan maşınlar, soyuducular, bir sıra kənd təsərrüfatı avadanlıqları və digər malların adları var.

İranın Sənaye, Mədən və Ticarət Nazirliyi məsələ ilə bağlı yaydığı bəyanatda ölkəyə gətirilməsini qadağan etdiyi malları “lüks”, “qeyri-zəruri” mallar adlandırıb.

Bəzi təhlilçilər yeni qadağanın ölkədə xarici valyutanın qıt olması və iqtisadi böhran yaranması ilə əlaqələndirir.

Nazirliyin rəsmisi Həmid Safdil isə jurnalistlərə deyib ki, ölkədə oxşarı istehsal olunmayan və ya çox az istehsal edilən kompüter və mobil telefonların adları idxalına qadağa qoyulmuş malların siyahısından çıxarıla bilər.

İranın sənaye, mədən və ticarət naziri Mehdi Qəzənfəri bundan əvvəl jurnalistlərə demişdi ki, hər il ölkəyə idxal olunan lüks və qeyri-zəruri malların ümumi dəyəri 12 milyard dollara bərabərdir.
Bu xəbər oxucular tərəfindən 1135 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed