Şrift:
Güney azərbaycanlı fəal Rza Vasiqinin məhkəməsi keçirilib
18.09.2020 [12:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fəal sentyabrın 16-da Ərdəbil Cinayət Məhkəməsinin 102-ci şöbəsində mühakimə edilib.



Məlumata əsasən, məhkəmə iclasından əvvəl dosyedə şikayətçi kimi adları keçən təhlükəsizlik məmurları hakimlə təkbətək görüş keçiriblər.

İclasda isə hakim Rza Vasiqinin təhlükəsizlik qüvvələrinə, məhkəmə hökmü göstərməsələr belə, itaət etməli olduğunu bildirib. Hakimin çıxışı milli fəalın ciddi etirazı ilə qarşılanıb.



Vasiqi qardaşları iyunun 10-da İran təhlükəsizlik qüvvələri tərəfindən öz iş yerlərində yaxalanmışdılar. İran rejiminin hüquq-mühafizə orqanları əməkdaşları milli fəallara saxlanmalarına dair məhkəmə hökmünü göstərmədən onları döyərək həbs etmişdilər.



Məmurların qardaşlara qarşı fiziki zorakılığı o qədər şiddətli olmuşdu ki, məsələyə qonşular və ətrafda olan mağaza sahibləri də etiraz etmişdi.



Milli fəallar iyunun 16-da hər biri 110 milyon tümənlik mülki vəsiqə ödəməklə müvəqqəti azadlığa buraxılıblar.



Azadlığa çıxandan sonra Əli və Rza Vasiqinin sosial şəbəkələrdə yayılan fotolarında onların təhlükəsizlik qüvvələri tərəfindən döyülmələri nəticəsində bədənlərində yaranan yara izləri açıq-aydın görünürdü.
Bu xəbər oxucular tərəfindən 820 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed