Şrift:
Yaponiyada əhalinin tərkibində yaşlıların sayı dünya üzrə rekord səviyyəyə çatıb
21.09.2020 [10:46] - Xəbərlər, Sosial
Yaponiya Ümummilli Məsələlər, Yerli Muxtariyyət və Rabitə Nazirliyinin yaydığı məlumata görə, bu ölkədə yaşlı əhalinin sayı rekord səviyyəyə çatıb.

Nazirlik tərəfindən bu barədə məlumat sentyabrın 20-də Yaponiyada qeyd edilən Ahıllar Günü ərəfəsində dərc edilib.

Bildirilir ki, cari il sentyabrın 15-nə olan son məlumata görə, Yaponiyada 65 və daha yuxarı yaşlı insanların sayı 36 milyon 170 min nəfərə bərabərdir. Bu rəqəm ötənilki göstəricini 300 min nəfər üstələyib.

Ölkə əhalisinin tərkibində yaşlı insanların ümumi payı isə 28,7 faiz təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,3 faiz çoxdur. Həmin rəqəmin artmasına ölkə üzrə əhalinin ildə təqribən 290 min nəfər azalmasının təsir etdiyi də bildirilir.
Bu xəbər oxucular tərəfindən 289 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed