Şrift:
Dünya dağılmayacaq
10.11.2012 [12:45] - Sosial
Dünyanın sonunun yaxınlaşdığını iddia edən Dalay Lama yenə maraqlı açıqlama verib.

Dalay Lama 21 dekabrda dünyanın sonu olacağını dedikdən sonra insanlar təşvişə düşüb, bir çoxları ciddi stress keçirtməyə başlayıblar.

Onun dediklərinin əsası olmasa da hər halda insanlar buna çox tez reaksiya verdilər. D.Lama insanların təzyiqindən sonra yəqin ki, səhv iddia verdiyini anlayıb ki, yenidən açıqlama vermək məcburiyyətində qalıb.

O bildirib ki, dünyanın axırı haqqında gedən söz-söhbətlərin heç bir əsası yoxdur.

“Bu xəbər insanlarda sevgi yaratdığı üçün, bir-birini mehriban etdiyi üçün özü-özlüyündə bəşəriyyətin xilası ola bilər. Hər kəsə əmin-amanlıq arzu edirəm. Dünyanın dağılması təhlükəsi yoxdur. Hər kəs rahat yaşasın” – deyə, öz açıqlamasını təkzib edib.
Bu xəbər oxucular tərəfindən 1230 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed