Şrift:
Türkiyə Superliqası: "Fənərbağça" "Hatayspor"un 9 nəfəri ilə bacarmayıb
22.09.2020 [10:19] - Gündəm, İdman
Sentyabrın 21-də futbol üzrə Türkiyə çempionatının ikinci turunun sonuncu qarşılaşmasında "Fənarbağça" doğma meydanda "Harayspor"u qəbul edib

Gərgin keçən görüşdə qapılar toxunulmaz qalıb. "Hatyspor"un heyətində Ruben Ribeyro və İsak Sackey qırmızı vərəqə alaraq komandalarını meydanda azlıqda qoyublar.

Beləliklə, "Fənərbağça" "Hatayspor"un 9 nəfəri ilə bacarmayıb.

İkinci turun yekun nəticələrinə görə Türkiyə Superliqasında hazırda turnir cədvəlinə 6 xalla "Qalatasaray" klubu liderlik edir. Onunla eyni xala malik olan "Alanyaspor" komandası isə ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışacaq. İkiinci turda "Ankaragücü" istirahət edib.
Bu xəbər oxucular tərəfindən 807 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed