23.09.2020 [10:37] - Gündəm, Bildiriş
Bakı Slavyan Universiteti (BSU) pandemiyadan əvvəl "Elektron universitet" layihəsi üzrə tədbirlər planında nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsində fəal rol oynadığı üçün hazırkı dövrdə təhsilin distant təlim texnologiyalarının köməyi ilə təşkil edilməsi prosesinə hazırlıqlı olub.
BSU-dan bildirilib ki, hazırda fənni dinləmədən təkrar imtahan verən tələbələrin, habelə alt və fərdi qruplarda dərsləri yenidən dinləmək istəyən tələbələrin ərizələrinin onlayn formada qəbul olunması üçün xüsusi elektron xidmət modulları istifadəyə verilib. Bundan başqa, cari tədris ilində BSU-ya qəbul olunan tələbələrin sənədlərinin qəbulu prosesini məsafədən həyata keçirmək məqsədilə "Onlayn sənəd qəbulu" modulunun bu həftədən uğurla tətbiqinə başlanılması nəzərdə tutulur.
Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Təhminə Əskərova qeyd edib ki, görülmüş bu işlər BSU-nun rektoru, professor Nurlana Əliyevanın xüsusi diqqəti və nəzarəti altında həyata keçirilir. Məhz bu layihələrin həyata keçirilməsi və işin səmərəli qurulması üçün bir sıra struktur bölmələrdə aparılan dəyişikliklər artıq öz müsbət nəticəsini verib. Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin müdir müavini Nurlan Məmmədov universitetin professor-müəllim heyətinə xüsusi təlimlər təşkil etməklə və tələbələr üçün müvafiq yazılı təlimatlarla birgə silsilə videotəlimatlar hazırlayıb. Bununla yanaşı, bir sıra vacib elektron modulları da qısa vaxt ərzində istifadəyə hazır vəziyyətə gətirərək işin daha səmərəli, əməkdaşlığın daha çevik və prosesin böyük bir hissəsinin avtomatlaşdırılması baxımından tam zamanında müəllimlərin və tədris-köməkçi heyətin ixtiyarına verib.
Distant təhsil prosesində cari qiymətləndirilmənin aparılması məqsədilə elektron jurnal modulu yaradılaraq “Microsoft Teams” platforması üzərindən istifadəyə verilib ki, artıq müəllimlər ondan səmərəli şəkildə istifadə edirlər. Elektron jurnal tələbələrin qiymətlərini, dərsə davamiyyətini və orta balını avtomatik müəyyən edərək həm təhsilverənlərin, həm də təhsilalanların işini asanlaşdırır. Semestrin sonunda elektron jurnal çap olunaraq müəllimin imzası ilə təsdiqlənəcək.
Universitetin bir qrup əməkdaşından ibarət yaradılmış İşçi Qrupu isə pandemiya dövründə evində hər hansı bir səbəbdən onlayn dərsləri təşkil etməkdə çətinlik çəkən professor-müəllim heyəti üçün lazımi texniki avadanlıqlarla təchiz olunmuş kabinetlərdə onlara zəruri kömək göstərir.
Distant və ənənəvi dərslərin cədvəlinin və zəng qrafikinin təsdiqi və elektron jurnal modulunun istifadəyə verilməsindən sonra Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsi distant təlimin təşkilinə onlayn nəzarət mexanizmini artıq tətbiq etməyə başlayıb.

Bu xəbər oxucular tərəfindən 534 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |