Şrift:
Yeni iddia: Türkiyə Suriya sərhədinə NATO vasitəsi ilə raketlər yerləşdirəcək
10.11.2012 [13:20] - Hərb
Obamanın prezidentliyə seçilməsindən 24 saat keçməmiş Suriya ilə əlaqədar təəccüblü bir iddia ortaya atılıb. Bu iddia qısa bir müddət sonra səlahiyyətli orqanlar tərəfindən də təsdiqlənib.

Adının açıqlanmasını istəməyən səlahiyyətli ABŞ-da (Amerika Birləşmiş Ştatları) prezident seçkiləri səbəbiylə təxirə salınan danışıqların Obamanın seçilməsiylə yenidən gündəmə gələ biləcəyini, mərmilərin sərhədə 'NATO çətiri "altında yerləşdiriləcəyini söyləyib.

Bu arada NATO-nun baş katibi Anders Fogh Rasmussen, həftə başında Brüsseldə bu məsələ haqda etdiyi söhbət zamanı, Türkiyədən tələb gəldiyi halda sərhədə Patriot raketlərinin yerləşdirilməsi məsələsini dəyərləndirə biləcəklərini bildirmişdi.

Bu arada Türkiyənin təhlükəsizliyi mövzusunda NATO ilə aparılan müzakirələrdə və qarşıdakı planlarda Patriot raketlərinin istifadəsinin gündəmə gəldiyi öyrənilib. Diplomatik qaynaqların verdiyi məlumata görə, Patriot raketləri mövzusu ölkənin təhlükəsizliyi çərçivəsində müzakirə edilib.

Başqa bir xəbərdə isə deyilir ki, Türkiyə Suriyanın hərbi əməliyyatlarından öz ərazilərini qorumaq üçün NATO-dan Patriot raketlərini istəmək niyyətindədir.

Financial Times-ın yaydığı məlumata görə, raketlərlə yanaşı onlara nəzarət edən qüvvələr də Türkiyə ərazisində yerləşdirilə bilər. Baş nazir Rəcəb Tayyib Ərdoğan İndoneziyaya səfəri zamanı ölkəsinin hələlik raketlərini istəmədiyini deyib. Lakin o NATO baş katibi Rasmussenin buna müsbət cavab verəcəyinə ümid etdiyini dilə gətirib.
Bu xəbər oxucular tərəfindən 1031 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed