23.09.2020 [10:50] - Gündəm, Mədəniyyət
Eramızdan əvvəl birinci minilliyin birinci yarısında Qarabağ ərazisi İskit-Sak (İç Oğuz) dövlətinin tərkibində olub.
Bunu Təhsil Nazirliyinin “Arsak” toponiminin mənşəyi ilə bağlı təşkil etdiyi vebinarda AMEA-nın Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə deyib.
O bildirib ki, qədim dövr üzrə tanınmış tarixçi alim İ.M.Dyakonov Midiya imperiyasının şimal sərhədinin Araz çayının şimalında keçmiş İskit dövlətinin ərazisindən keçdiyini göstərir. Azərbaycanın şimalında (Göyçə, Qarabağ, Borçalı, Şəki, Mingəçevir, Gəncə-Qazax) İskit-Sak boylarına aid xeyli sayda maddi-mədəniyyət nümunələrinin aşkarlanması regionda onların hərbi-siyasi cəhətdən nüfuzunun güclü olduğunu sübut edir. Antik mənbələrdə Kür və Araz çayları arasındakı ərazi Sakasena adı ilə tanınırdı. Eramızdan əvvəl I əsrin sonu – bizim eranın I əsrinin əvvəllərində yunan coğrafiyaşünası Strabon Sakasenanın Sak boyunun adı ilə əlaqədar olaraq meydana gəldiyini qeyd edir. I əsrdə yaşamış Roma tarixçisi Böyük Plini “Təbiət tarixi” əsərində Sakasenanın Kürdən cənubda geniş coğrafiyanı əhatə etdiyini bildirir. Qədim yunan tarixçisi Arrian isə I-II əsrlərdə Sak ölkəsinin Alban dövləti ilə qonşuluqda, daha dəqiq desək, Azərbaycanın qərbində Kür və Araz çayları arasındakı geniş ərazini əhatə etdiyini göstərir. İ.M.Dyakonova görə, Sakasena toponimi “Sakların yaşayış məskəni” (İran dillərində “Saka-sayana”) mənasında rəsmi olaraq Midiya dönəmindən başlayaraq İskit dövlətinin mərkəzi arealına verilən ad olmuşdur. III əsrin ikinci yarısına aid Sasani pəhləvi mətnlərində Cənubi Qafqazda Alban, Adurbadaqan (Atropatena), İberiya kimi dövlətlərlə yanaşı, Sakan və Balasakan ölkələrindən də bəhs edilir

Bu xəbər oxucular tərəfindən 337 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |