Şrift:
“Azeri Light” neftinin bir barreli 42,12 dollara satılır
23.09.2020 [10:51] - Gündəm, İqtisadiyyat
Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,67 dollar artaraq 42,12 dollar təşkil edib.

Qeyd edək ki, koronavirusa yoluxma hallarının artmasına dair narahatlıqlar, bəzi ölkələrdə əlavə məhdudiyyətlərin tətbiqi və özəl sektorun məlumatlarına əsasən ABŞ-da neft ehtiyatlarının azaldığının açıqlanması fonunda “qara qızıl”ın qiyməti həftənin əvvəlindən azalır. Belə ki, qiymətdə təxminən iki həftədəki ən kəskin enmə müşahidə olunub və 39 dollar/barrel civarındadır.

Səudiyyə Ərəbistanı bazarı qoruyacağını elan etdikdən sonra neft qiymətləri keçən həftə 10 faiz artmışdı.
Bu xəbər oxucular tərəfindən 402 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed