Şrift:
Qızılağac Milli Parkının ərazisində elektrik cərəyanı ilə balıq ovlayan şəxs saxlanılıb
23.09.2020 [11:10] - Gündəm, Hüquq
Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti reyd təşkil olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, reyd zamanı Masallı rayonunun Qızılağac kəndi istiqamətində Milli Parkın kiçik su sahəsində elektrik avadanlıqları ilə qanunsuz olaraq balıq ovlayan Masallı rayon sakini A.Həsənov saxlanılıb.

Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər alətlər, həmçinin qanunsuz olaraq tutduğu balıqlar aşkar olunaraq götürülüb.

A.Həsənovun təbiətə 1023 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 1439 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed