23.09.2020 [11:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Milli fəal yaxınları ilə əlaqə saxlayaraq “Fəşafuyə” təcridxanasının karantin bölümündən 2-ci korpusun 2-ci zalına köçürüldüyünü bildirib.
Fərşi sentyabrın 8-də qeyri-qanuni olaraq Tehranın Evin zindanından Fəşafuyə həbsxanasına köçürülmüşdü.
Sözügedən həbsxanada məhbusların saxlanılması üçün lazımi standartların mövcud olmaması ilə bərabər, məhkumların işlədiyi cinayətə görə ayrı korpuslarda saxlanılması prinsipinə əməl edilmir.
Milli fəalın ailəsi Tehranda yerləşən Baharistan İnqilab Məhkəməsinin hökmləri icra edən şöbəsinə müraciət edərək onun Fəşafuyə zindanına köçürülməsinin səbəbini soruşduqda məhkəmə məsulları məsələdən məlumatsız olduqlarını iddia ediblər.
Onların ailəyə verdiyi məlumata əsasən, Fərşinin yeni zindana köçürülməsi tamamilə qeyri-qanuni bir addımdır və Tehranın Təhlükəsizlik İdarəsi tərəfindən gerçəkləşdirilib.
Əlirza Fərşinin Fəşafuyə həbsxanasına köçürülməsinin daha əvvəl məhkəmə rəsmilərinə yazdığı etiraz məktublar ilə əlaqədar olduğu təxmin edilir. Belə ki, Təhlükəsizlik İdarəsinin məmurları Fərşini daha ağır şəraitdə saxlamaqla ona təzyiq göstərmək istəyiblər.
Fəşafuyə həbsxanasının məsulları həmçinin milli fəalın İran məhkəmə sisteminin sədrinə ünvanladığı açıq məktubun göndərilməsinə mane olaraq, onu Fərşiyə geri qaytarıblar.
Fərşi İbrahim Rəisiyə ünvanladığı açıq məktubda İran təhlükəsizlik qüvvələrinin onu qarşı qanunsuz davranışlarını şərh edərək məsələ ilə bağlı tədbir görülməsini tələb edib.
İyulun 21-də Tehranda İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan milli fəal 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün 2 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Bu xəbər oxucular tərəfindən 655 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |