Şrift:
İranda daha 23 nəfər edam edilib
10.11.2012 [13:59] - Güney Azərbaycan xəbərləri
İranda son 2 gündə 23 nəfər edam edilib. Bu ölkənin İnsan Haqları Fəalları Agentliyinin yaydığı məlumata görə, noyabrın 7 və 8-də İranda 23 nəfər edam olunub.

Şirazda saxlanılan 7 məhbusdan ümumilikdə 200 kiloqrama yaxın narkotik vasitə götürülüb.

Narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən 8 məhbus barədə yerli məhkəmə ölüm hökmü çıxarıb. Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiq ediləndən sonra icra edilib.

Məhbuslardan 5-nin Şirazda əhalinin gözü qarşısında, 2-nin Şirazın Adilabad həbsxanasında, 1-nin isə Məşhəd həbsxanasında asıldığı barədə məlumat var
Bu xəbər oxucular tərəfindən 1148 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed