Şrift:
Sarkisyan Təbrizdə konsulluğun açılmasını israr edir
12.11.2012 [11:11] - Güney Azərbaycan xəbərləri
Rəsmi Tehran Azərbaycan türklərindən qorxduğu üçün buna getmir


Güney Azərbaycandakı soydaşlarımızdan verilən məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyanla İran prezidenti Mahmud Əhmədinejadın son görüşündə Ermənistan prezidenti Təbrizdə Ermənistan konsulluğunun açılmasına dair ölkələr arasında imzalanan sazişin reallaşmaması ilə bağlı narazılığını bildirib.

Soydaşlarımızın İran XİN-indəki qaynaqlara istinadən verdiyi məlumata görə, Ermənistan Təbrizdə konsulluğun açılmasına israr edir və bunu da Təbrizdə yaşayan ermənilərin Ermənistana gediş-gəlişinin sadələşdirilməsi yönündə vizaların alınmasında problemlərin aradan qalxması ilə izah edir.

Məlumata görə, rəsmi Tehran, xüsusən də İran prezidenti, konsulluğun açılmasında maraqlı olduqlarını bildirsələr də, məsələnin reallaşacağı təqdirdə Azərbaycan-İran münasibətlərində ciddi narazılıq yaranacaq. Bundan başqa əhalisinin 98-99 faizini Azərbaycan türklərinin təşkil etdiyi Təbrizdə bu, ciddi qarşıdurmaların yaranmasına səbəb ola bilər.
Bu xəbər oxucular tərəfindən 1049 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed