27.09.2020 [15:06] - Xəbərlər, Türk dünyası-Turan
Böyük imperiyaların əlində alətə çevrilən ermənilər daim öz yalanları ilə dünya ictimaiyyətini çaşdırmağa çalışıblar. XIX əsrin I yarısında Rusiya imperiyası tərəfindən Azərbaycanın şimalına köçürülən ermənilər qısa müddətdən sonra yerli türk-müsəlman əhalisinə qarşı ərazi iddiaları edərək, qanlı hadisələr törətməyə başladılar. Qafqazda etnik münaqişələrin əsasını ermənilər və onlara havadarlıq edən Rusiya imperiyası qoydu. Osmanlı dövlətindən xristian azlığı kimi bir sıra imtiyazlar və hüquqlar əldə edən ermənilər bu cür xeyirxahlıqların qarşılığında Osmanlı dövlətinin düşməni olan bir sıra xarici dövlətlərin “siyasi aləti” olmağa razılıq verdilər.
XX əsrdə ermənilərin türk-müsəlman əhalisinə qarşı törətdyi soyqırımı tədbirlərini arxiv sənədləri ilə yanaşı, Azərbaycanda və Anadoluda aşkar edilən kütləvi məzarlıqlar bir daha təsdiqləyir.
Bu fikirləri açıqlamasında AMEA-ın Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə deyib.
O bildirb ki, XX əsrin əvvəllərində Azərbaycanda və Anadoluda erməni terrorçu dəstələri bütövlükdə bir milyondan artıq dinc türk-müsəlman əhalisini qətlə yetirdilər. O zaman Azərbaycanın və Anadolunun demək olar ki, hər yerində erməni daşnakları bu torpaqların əzəli sakinləri olan türk-müsəlman əhalisinə qarşı soyqırımı həyata keçirdilər. Osmanlı və Qacarlar kimi böyük türk-müsəlman dövlətlərinin düşmənlərindən hər cür maddi və mənəvi dəstək görən erməni daşnakları Cənubi Qafqazda, eləcə də Azərbaycanın tarixi torpaqlarının qərb hissəsində özlərinə yeni dövlət qurmaq üçün hər cür yola əl atdılar. XX əsrin əvvəllərində erməni daşnakı Vahram Göyçənin azərbaycanlı əhalisinə qarşı törətdiyi vəhşi əməlləri sonralar özü belə etiraf edirdi:“Mәn Basarkeçәrdә һeç nәyi nәzәrә almadan türk әһalisini qırdım. Lakin bәzәn güllәyә һeyfim gәlirdi ... әn yaxşı üsul odur ki, döyüşdәn sonra salamat qalanların һamısını su quyusuna doldurub, üstündәn ağır daşları tökәsәn ki, onlardan әsәr-әlamәt qalmasın. Mәn elә dә etdim...”.
Tarixi reallıq uydurmalarla yox, gerçək faktlarla yadda qalır və yazılaraq gələcək nəsillərə ötürülür. Ermənilər bu cür vəhşi əməllərdən əl çəkmədiklərini sonralar da göstərdilər. 1948-1953-cü, 1988-1991-ci illərdə Azərbaycanın qərbindən yerli azərbaycanlı əhalinin öz doğma yurdlarından kütləvi şəkildə deportasiya edilməsi, Birinci Qarabağ müharibəsində öz havadarlarının fəal yardımı ilə Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, Xocalı soyqırımı kimi əsrin ən qanlı cinayətlərindən birinin törədilməsi məhz erməni vəhşiliyinin bariz nümunələridir.
Ramin Əlizadə diqqətə çatdırıb ki, Azərbaycan Respublikası müstəqillik qazandığı ilk günlərdən regionda sülhün başlıca tərəfdarı və insan hüquqlarının müdafiəçisi kimi dünya ictimaiyyətinın diqqətini erməni yalanlarının ifşa edilməsinə yönəltmişdir. Hazırda Azərbaycan Milli Ordusu işğalçı erməni əsgərlərinin layiqli cavabını verməklə regionda Ermənistanın törətmək istədiyi hər cür təxriabat və pozuculuq fəaliyyətlərinin qarşısını almaqdadır. 2010-cu ilin iyununda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun təkbaşına ermənilərlə döyüşə girərək onların çoxlu sayda canlı qüvvəsini və hərbi texnikasını məhv etməsi hər bir əsgərimiz üçün nümunədir. 2016-cı ilin aprel döyüşlərində ermənilərin cəbhə xəttində uzun illər ərzində möhkəmləndirdiyi müdafiə xətti yarıldı, Seysulan və Talış yüksəkliyi azad olundu, strateji cəhətdən əhəmiyyətli “Lələ təpə” yüksəkliyi Azərbaycan Milli Ordusunun nəzarəti altına keçdi. Azərbaycan Milli Ordusunun bu uğurları qarşısında Ermənistan Respublikası insan hüquqlarına ziddi olaraq növbəti iyrənc addımını atdı. 2017-ci ilin 4 iyununda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Füzuli rayonunun Alxaslı qəsəbəsinin qumbaraatanlardan atəşə tutulması nəticəsində 14 aylıq körpə olan Zəhra Quliyeva nənəsi ilə birlikdə qətlə yetirildi. Erməni hərbçilərinin dinc əhaliyə, eləcə də, qadına, qocaya, uşağa qəddarcasına münasibəti Tovuz döyüşlərində bir daha özünü göstərdi. Qanlı əməllərindən əl çəkməyən ermənilər 2020-ci ilin 12 iyunundan başlayaraq bir neçə gün ərzində Azərbaycan Respublikasının Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini artilleriya qurğuları ilə atəşə tutdular. Azərbaycan Milli Ordusu Tovuz döyüşlərində düşməni geri otuzdurmaqla onun xeyli sayda hərbi texnikasını və canlı qüvvəsini məhv etdi. Tovuz döyüşlərində Azərbaycan ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və beş hərbi qulluqçumuz düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşlar. Erməni hərbçilərinin vəhşi əməllərinin bariz nümunəsi isə Ağdam kəndinin 76 yaşlı sakininin qətlə yetirilməsi olmuşdur.
Bu gün səhər saatlarında ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar İşğalçı ermənistan dövləti tərəfindən və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir.
“Bu gün milli ruhlu, vətənpərvər gənclərimizin həm cəbhədə düşməni susdurması, həm də Qarabağ həqiqətlərini beynəlxalq aləmdə təbliğ etməsi işğal altında olan torpaqlarımızın azad edilməsinə hər gün, hər saat töhvə verməkdədir”, - deyə Ramin Əlizadə qeyd edib.

Bu xəbər oxucular tərəfindən 782 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |