Şrift:
Qətldə təqsirləndirilən əsgər hərbi hissədə həbs edilib
29.10.2011 [10:37] - Gündəm
Azərbaycan Ordusunun Sumqayıtda valyutadəyişmə məntəqəsinin sahibini qətlə yetirməkdə təqsirləndirilən əsgəri həbs edilib.

Bu barədə Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini Azər Cahangirov məlumat verib. Onun sözlərinə görə, sentyabrın 20-də Sumqayıt şəhəri, 18-ci məhəllə, 36 saylı binada yaşayan, 45 yaşlı İlyas Vahabovu blokun qarşısında qətlə yetirməkdə təqsirləndirilən 18 yaşlı Anar Abilov bu gün xidmət etdiyi hərbi hissədə həbs edilərək Sumqayıt Şəhər Prokurorluğuna təhvil verilib.

Xatırladaq ki, hadisənin digər iştirakçısı, Bakı şəhər sakini, 14 yaşlı Vaqif Səlimbəyli iki gün əvvəl həbs edilib. Onlar İ. Vahabovu tamah məqsədi ilə öldürdüklərini etiraf ediblər.

A. Abilov qətli törətdikdən bir müddət sonra hərbi xidmətə gedib.

Qətlə yetirilən İ. Vahabov Bakının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birinin sahibidir.
Bu xəbər oxucular tərəfindən 964 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed