Şrift:
Ərdoğandan Əhmədinejada sərt xəbərdarlıq
12.11.2012 [11:27] - Gündəm, Siyasət
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İran prezidenti Mahmud Əhmədinecatla söhbətində Suriyada baş verən qanlı hadisələrlə və günahsız insanların ölməsi ilə bağlı müxtəlif örnəklər göstərib və “siz bu hadisələrə, qətliamlara tamaşa edəcəksiniz” deyə sual verib.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, Əhmədinejad da Ərdoğana “düz deyirsiniz, haqlısız, orda baş verənlərə biz də çox təəssüflənirik. Hazırda biz hadisələri təhlil etməkdəyik” cavabını verib.

İran prezidentinin verdiyi cavabdan narazı qalan Ərdoğan “bu qətliamlara artıq tamaşaçı kimi qala bilməzsiniz. Sizdən ciddi addımlar gözləyirik. Bəşər Əsəd və onun rejiminə verdiyiniz dəstəyi dayandırmalısınız” tələbini irəli sürüb.
Bu xəbər oxucular tərəfindən 1071 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed