Şrift:
Ermənistan faşizminin eybəcər sifəti: düşmən mülki şəxsləri hədəfə almaqda davam edir
28.09.2020 [13:43] - Gündəm, Hərb
Sentyabrın 28-də səhər saat 7 radələrindən başlayaraq düşmən qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzi, o cümlədən əhalinin sıx yaşadığı kəndlər ağır artilleriyadan intensiv atəşə tutulub.

Tərtər şəhərinin artileriyadan atəşə tutulması nəticəsində şəhər sakini Mehman Əliyev həlak olub. Həmçinin şəhər sakini Tural İbrahimov və təcili tibbi yardım maşınının sürücüsü Qənbər Əsədov yaralanıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Düşmən Tərtər rayonunda polis şöbəsini, məhkəmə binasını və mülki obyektləri də hədəf alıb. Bu da Ermənistan faşizminin eybəcər sifətini bir daha göstərir.

Qeyd edək ki, düşmənin ağır artilleriyadan intensiv atəşi nəticəsində Azad Qaraqoyunlu kənd sakinləri Əhmədov Mayıl Ələsgər oğlu, Salahov Nizami Məcid oğlu, Kərimov Elşən Şahmat oğluna məxsus evlərə külli miqdarda ziyan dəyib, rayonun əsas strateji körpüsünə və polis şöbəsinə zərbələr endirilib.

Düşmənin mülki obyektləri atəşə tutması nəticəsində Tərtər şəhəri E.Səfərov küçəsi 54 mənzildən ibarət 10 saylı binası, rayonun Şıxarx qəsəbəsində 16 saylı çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb, bina sakinləri təxliyə olunub.

Həmçinin işğalçı ölkənin silahlı qüvvələrinin intensiv atəşi nəticəsində Tərtər rayonunun Səhləbad kəndində Ağayev Bəxtiyar Rəhim oğluna, Yuxarı Qapanlı kənd sakini Rəsmiyyə Həsənovaya məxsus yardımçı tikililərə top mərmiləri düşüb, çoxsaylı xırda və iribuynuzlu heyvan tələf olub
Bu xəbər oxucular tərəfindən 563 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed