Şrift:
İranda irimiqyaslı hərbi təlimilərə start verildi
12.11.2012 [12:11] - Güney Azərbaycan xəbərləri, Hərb
Bazar ertəsi səhər İranda Hava Hücumundan Müdafiə qüvvələrinin irimiqyaslı "Vilayət-4" təlimi start götürüb. Xəbəri bazar ertəsi "İRNA" agentliyi yayıb.

Təlim eyni vaxtda İranın səkkiz - Şimali Xorasan, Xorasan Rəzəvi, Cənubi Xorasan, Sistan və Bəluçistan, Kirman, Hörmüzqan, Yezd və Fars vilayətlərində keçirilir.

Ötən həftə Hətəm əl-Ənbiya qərargahının komandanı Fərzad İsmaili bəyan etmişdi ki, təlim İran ordusunun, İslam İnqilabı Keşikçiləri Korpusunun, "Bəsic" mülki qüvvələrinin və HHM qüvvələrinin iştirakı ilə keçiriləcək.

Təlimlərə F-4, F-5, F-7, F-14, Su-24, MiQ-29 qırıcıları, eləcə də kəşfiyyat təyyarələri cəlb ediləcək.

Eləcə də müharibə şəraitinə bənzədilmiş şəraitdə radar, raket və artilleriya sistemləri sınaqdan keçiriləcək.

İranda bundan əvvəlki "Vilayət-3" təlimi 2011-ci ildə keçirilib.
Bu xəbər oxucular tərəfindən 1166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed