Şrift:
Qarabağ döyüşləri getdiyi bir vaxtda İrandan Ermənistana hərbi texnika daşınması daha da artıb
29.09.2020 [11:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney azərbaycanlıların çəkdikləri videolarda Ərdəbil əyaləti və Təbrizdən yük maşınlarının Güney Azərbaycanın Culfa istiqamətində Ermənistana vermək üçün hərbi texnika daşıdığı müşahidə olunur.


Bildirilir ki, bu hərbi yüklərin əksəriyyəti Ənzəli limanından yük maşınlarına yüklənib.


Videolarda hərbi ləvazimatları Rusiyanın dövlət qeydiyyat nişanları olan "Kamaz" markalı yük avtomobillərinin daşıdığı görünür. İran rejiminin məsulları "Kamaz"ların daşıdıqları həmin yüksəlir üstünü görünməməsi üçün çadırla örtüblər.


Güney Azərbaycanın bəzi mənbələrinin məlumatına görə, İran rejiminin ordusunun 25 saylı "Kəskin Reaksiya" Briqadası da erməni işğalçılarına dəstək məqsədilə göndərilmiş həmin hərbi ləvazimatları Güney Azərbaycanın Culfa şəhərinin "Nurduz" bölgəsinə daşımaqla məşğuldur.


Həmçinin qeyd edilir ki, "Sepah" terror təşkilatı da Güney Azərbaycanın döyüşlər gedən Dağlıq Qarabağa yaxın bölgələrində artileriya bölmələrinin sayını artırır və əraziyə əlavə zirehli texnikalar cəmləşdirir.


Xatırladaq ki, son aylar ərzində İrandan Ermənistana Rusiyanın göndərdiyi silahların daşınmasına dair dəfələrlə məlumatlar yayılıb. Bundan başqa, aprel ayında İranın işğalda olan Dağlıq Qarabağa yanacaq göndərməsi rəsmi Bakının və azərbaycanlıların kəskin etirazı ilə qarşılanmışdı.
Bu xəbər oxucular tərəfindən 613 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed