30.09.2020 [10:39] - Gündəm, Sosial
Qazaxıstanın Səhiyyə Nazirliyində koronavirusla bağlı vəziyyətə görə oktyabrın 5-dən beynəlxalq hava əlaqəsinin dayandırılmasını təklif ediblər.
Xarici ölkələrdə koronavirus infeksiyasına yoluxma hallarının artması nəzərə alaraq, Səhiyyə Naziriliyi tərəfindən yoluxmanın yayılmasının qarşısını almaq məqsədilə oktyabrın 5-dən hava əlaqəsinin bərpasını dayandırmaq təklif olunur.
Qazaxıstanın Səhiyyə naziri Aleksandr Tsoy bildirib ki, Türkiyəyə aviareyslərin sayı azaldılmalı və xarici ölkələrə yerinə yetirilən reyslərin sayı isə artırılmamalıdır.
Bundan başqa, nazir dövlət sərhədində karantin stasionarlarının yerləşdirilməsini təklif edib. Qazaxıstana gələn hər kəs özü ilə koronavirus testinin nəticəsinə malik olmalıdır. Nəticə haqqında arayış olmadıqda ölkəyə gələnlər testin keçirilməsi üçün iki sutkaya qədər karantin stasionarında təcrid olunmalıdır. Bu tədbirlər Qazaxıstana gələn sərnişinlərin istənilən nəqliyyat növündən istifadəsinə aid edilir.
Xatırladaq ki, avqustun sonunda Qazaxıstan 4 ölkə - Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Belarus və Ukrayna istiqamətində aviareysləri bərpa edib. Sentyabrın 18-dən “Air Astana” avişirkəti Almatıdan Daşkəndə, sentyabrın 21-dən etibarən isə Rusiyaya həftəlik reysləri bərpa edib

Bu xəbər oxucular tərəfindən 304 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |