Şrift:
Ərdəbildə Azərbaycana dəstək aksiyası keçirmək istəyən fəallar saxlanılıb
30.09.2020 [10:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu gün Ərdəbil şəhərinin Ciral parkında keçirilən aksiya təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi ilə dağıdılıb.



Onlarla milli fəalın iştirakı ilə keçirilən yığıncaqda üzərinə “Bir millət sizin arxanızdadır Azərbaycan əsgəri”, “Həsrətin həsrətimdir, zəfərim zəfərimdir Qarabağ” kimi şüarlar yazılan plakatlar qaldırılıb.



Məlumata əsasən, İran təhlükəsizlik qüvvələri 20-dən çox milli fəalı döyərək həbs edib.



Saxlanılan fəallardan Əsgər Əkbərzadə, Murtuza, Müctaba və Mustafa Pərvin, eləcə də Məhəmməd Colani, Mehdi Huşmənd, Pərviz Siyabi, Səccad Colani, Hüseyin Balaxani, Bəhmən Xeyrcu və Hamid Heydərinin adları bəlli olub.



Saxlanılan fəalların təhlükəsizlik qüvvələri tərəfindən döyülmələri nəticəsində ciddi bədən xəsarəti aldıqları bildirilib.
Bu xəbər oxucular tərəfindən 477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed