Şrift:
Azərbaycan istehsal etdiyi pilotsuz uçuş aparatlarını ilk dəfə beynəlxalq sərgidə nümayiş etdirib
12.11.2012 [13:42] - Hərb
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) İndoneziyada keçirilən «İndoDefence-2012» beynəlxalq müdafiə sərgisində ilk dəfə olaraq ölkədə istehsal edilmiş pilotsuz uçuş aparatlarının real ölçüdəki nümunələrini nümayiş etdirir.
Rusiyanın Dünya Silah Ticarətinin Analizi Mərkəzinin direktoru İqor Korotçenko öz internet-bloqunda Azərbaycan MSN-in stendindən bəhs edib.

«Azərbaycan Dağlıq Qarabağ uğrunda müharibəyə hazırlaşır. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin ekspozisiyası ilə tanışlıqdan sonra məndə belə təəssüratlar yarandı», - deyə İ. Korotçenko qeyd edib.

O, Azərbaycan stendində 14,5 mm-lik snayper tüfənginin, minaatanların, həmçinin Azərbaycan istehsalı olan RPQ-7 əl qumbaraatanın, İsrail lisenziyası ilə istehsal edilən pilotsuz uçuş aparatlarının, döyüş sursatları və minaların, həmçinin zirehli avtomobillərin nümayiş olunduğunu bildirib.
Bu xəbər oxucular tərəfindən 1445 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed