Şrift:
İndoneziya parlamentinin Milli Oyanış Partiyası fraksiyası: Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyirik
30.09.2020 [11:43] - Xəbərlər, Hərb
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və vətəndaşlarımızın təhlükəsizliyinə qarşı yönəlmiş təcavüzü ilə bağlı İndoneziya parlamentinin deputatı Anqqia Erma Rini özünün və təmsil etdiyi Milli Oyanış Partiyası fraksiyasının adından (bu fraksiya parlamentdə 51 deputatla təmsil olunur) bəyanat yayıb.

Bəyanatda sentyabrın 27-dən başlayaraq Ermənistanın cəbhə xətti boyunca Azərbaycana qarşı hərbi təcavüz aktları, Azərbaycanın mülki əhalisinə hücumları qətiyyətlə pislənilir. Vurğulanır ki, təcavüz nəticəsində Azərbaycanın mülki şəxsləri və hərbi qulluqçuları arasında itkilər var, bir çox evlərə və digər mülki infrastruktura böyük ziyan dəyib.

“Biz Ermənistanı beynəlxalq hüququn, xüsusilə beynəlxalq humanitar hüququn prinsiplərinə, habelə BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar bütün qətnamələrinə hörmətlə yanaşmağa çağırır, Ermənistanın bütün qoşunlarını dərhal və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarmasını tələb edirik.

Ermənistanın hərbi təcavüzünü dəf etmək və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin daxilində mülki əhalinin və sıx məskunlaşmış yaşayış yerlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin özünümüdafiə hüququ və beynəlxalq humanitar hüquqa tam uyğun olaraq həyata keçirdiyi əks-hücum tədbirləri də daxil olmaqla, Azərbaycan tərəfindən həyata keçirilən bütün tədbirləri dəstəkləyirik. Fraksiyamız adından və öz adımdan şəhid ailələrinə və onların yaxınlarına, eləcə də bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığımı verirəm”, - deyə bəyanatda qeyd edilir.
Bu xəbər oxucular tərəfindən 535 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed