12.11.2012 [14:18] - Güney Azərbaycan xəbərləri
İranın xarici işlər naziri Əli Əkbər Salehi noyabrın 12-də jurnalistlərə açıqlamasında ABŞ-la birbaşa siyasi danışıqların aparılması mümkünlüyündən danışıb.
Salehi deyib ki, nüvə probleminin həlli üçün Tehranla Vaşinqton arasında birbaşa danışıqlar mümkündür və İran bunu müsbət qarşılayır: “Bizim Amerika ilə müxtəlif mövzulu müzakirələrimiz olub. Misal üçün, İraq, Əfqanıstan məsələlərində. İndi də nüvə məsələsində 5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) çərçivəsində Amerika ilə dolayı yolla müzakirələr aparırıq. Amerika ilə müxtəlif mövzuları əhatə edən hərtərəfli siyasi danışıqlar aparılması qərarını isə ölkə rəhbəri qəbul edə bilər”.

Bu xəbər oxucular tərəfindən 837 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |