01.10.2020 [20:08] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində başlayan hərbi əməliyyatlar davam edir, cəbhə xətti boyunca şiddətli döyüşlər gedir. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndləri, strateji yüksəkliklər işğaldan azad edilib, düşmən çoxsaylı itkilər verir və mövqeləri tərk etmək məcburiyyətində qalır.
Ordumuzun uğurlu əməliyyatları Azərbaycan xalqını yeni qələbələrə daha da ruhlandırır. Azərbaycan Prezidentinin qismən səfərbərlik elan olunması ilə bağlı Sərəncamından dərhal sonra hərbi vəzifəlilərin böyük ruh yüksəkliyi ilə cəbhə bölgəsinə yola düşməsi, gənclərin könüllü şəkildə Ordunun sıralarına qatılmaq istəyi, valideynlərin öz övladlarını həvəslə Vətən uğrunda gedən müharibəyə yola salması Azərbaycanda mövcud olan ordu-xalq birliyini nümayiş etdirir.
Nikol Paşinyan xalqını məğlubiyyətə hazırlayır
Ermənistanda isə mənzərə tam fərqlidir. Bir neçə gün əvvəl Azərbaycan Prezidenti tərəfindən növbəti dəfə siyasi nakauta salınan N.Paşinyanın ölkəni yeni böhrana sürüklədiyi gün kimi aydındır. “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramının aparıcıları tərəfindən verilən suallara cavablarından da aydın olur ki, o, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun gücü qarşısında duruş gətirə bilməyəcəyini artıq başa düşür, bu səbəbdən indidən xalqını müxtəlif yalanlarla məğlubiyyətə hazırlayır. Guya Ermənistan silahlı qüvvələri Azərbaycan ilə yanaşı, Türkiyə Ordusu və Suriyadan olan muzdlularla döyüşür.
Azərbaycan Prezidenti rəsmi şəkildə bəyan etdi ki, qardaş Türkiyə hadisələrin ilk saatından Azərbaycana mənəvi dəstəyini ifadə edir. Yəni, Türkiyənin münaqişə tərəfi kimi çıxış etməsi barədə şayiələr qarşı tərəfin növbəti təxribatıdır. Həmçinin dövlətimizin başçısı dedi ki, Azərbaycan tərəfdən Suriya muzdlusunun döyüşməsi də həqiqəti əks etdirmir.
Hər çıxışında özünü biabır etməyə öyrəşən Paşinyan “60 dəqiqə” proqramında da ənənəsinə sadiq qaldı və heç bir məntiqə əsaslanmayan sərsəm fikirlər səsləndirdi. Əlbəttə ki, dünya ictimaiyyətinin bütün diqqətinin Dağlıq Qarabağ münaqişəsinə cəlb olunduğu bir vaxtda münaqişə tərəfi olan ölkənin hökumət başçısının bu cür qeyri-ciddi çıxış etməsi Ermənistanda əhalinin son ümidlərini də puç edir.
Ermənistan siyasi böhran ərəfəsində
Ermənistan Ordusunun bu uğursuzluqları, Paşinyanın uydurduğu yalanların ifşa olunması cəmiyyətdə ciddi etirazlara səbəb olur. Artıq siyasətçilər, ekspertlər, jurnalistlər açıq şəkildə Paşinyanın erməni xalqını məğlubiyyətə sürüklədiyini bildirir, ona qarşı koalisiyalar qururlar. Qondarma “Dağlıq Qarabağ respublikası”nın keçmiş liderləri Robert Koçaryan, Arkadi Qukasyan və Bako Saakyanın Qarabağda görüş keçirmələrinə dair sosial şəbəkələrdə yayılan fotolar, verilən açıqlamalar deməyə əsas verir ki, hökumətin bəyan etdiyi hansısa vahid mövqedən söhbət gedə bilməz. Sosial şəbəkələrdə isə Koçaryan və Sarkisyan tərəfdarları Ermənistan hökumətini ordudakı itkiləri gizlətməkdə ittiham edir.
Belə çarəsiz vəziyyətdə Paşinyan ordusunun qazandığı “uğurlardan” danışır, sonra isə müxtəlif ölkələrin dövlət və hökumət başçılarına zəng vurur, atəşkəsin əldə olunması üçün yardım diləyir. Sual olunur, əgər Ermənistan ordusu uğur qazanırsa niyə Paşinyan narahatdır? Əlbəttə, o, özü də çox yaxşı başa düşür ki, uğursuzluq onun hakimiyyətinin sonu olacaq. Ona görə də xalqını yox, öz hakimiyyətini qorumaq üçün cəhdlər edir. Lakin artıq gecdir. Danışıqlar prosesinin fəlsəfəsinə zidd olan bəyanatlar verən, şərtlər irəli sürən Paşinyanın bütün xilas cəhdləri iflasa məhkumdur.
Azərbaycan Prezidenti xalqın maraqlarının təmin olunmasına xidmət edən siyasət yürüdür və bu siyasətin mərkəzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məqsədi dayanır.

Bu xəbər oxucular tərəfindən 7375 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |