Şrift:
Avroviziya 2013: qaydalarda dəyişiklik oldu
12.11.2012 [14:39] - Mədəniyyət
Gələn ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya 2013” mahnı müsabiqəsinin qaydalarına dəyişiklik edilib. www.itv.az saytı xəbər verir ki, əvvəllər ölkələrin çıxış nömrələri püşkatma yolu ilə müəyyənləşdirildisə, indi bu iş prodüserlərə həvalə olunacaq. Yalnız birbaşa finala vəsiqə alan ev sahibinin çıxış nömrəsi püşklə müəyyənləşəcək.

“Avroviziya” mahnı müsabiqəsinin icraçı direktoru Yan Ola Sand deyib ki, Danimarka və Norveç İsveçlə həmsərhəd ölkələr olduğuna görə onların ayrı-ayrı yarımfinallarda çıxış etməsinə qərar verilib: “Danimarka və Norveç eyni şouda iştirak etsə, biletlərin böyük hissəsini bu ölkələrdən olan tamaşaçılar ala, bilet qıtlığı yarana bilər”.

“Avroviziya 2013” mahnı müsabiqəsində bu ölkələrin iştirak edəcəyi dəqiqləşib:

Albaniya
Almaniya
Avstriya
Azərbaycan
Belarus
Belçika
Bolqarıstan
Bosniya və Herseqovina
Böyük Britaniya
Danimarka
Ermənistan
Estoniya
Finlandiya
Fransa
Gürcüstan
Xorvatiya
İrlandiya
İslandiya
İspaniya
İsrail
İsveç
İsveçrə
İtaliya
Kipr
Latviya
Litva
Macarıstan
Makedoniya
Malta
Moldova
Niderland
Norveç
Rumıniya
Rusiya
Serbiya
Sloveniya
Slovakiya
Türkiyə
Ukrayna.
Bu xəbər oxucular tərəfindən 1115 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed