Şrift:
Nigar Həsənzadə: Dövlət başçımızın qətiyyəti sayəsində düşməni yerində oturtmağı bacaracağıq
02.10.2020 [11:12] - Xəbərlər, Sosial
Erməni qəsbkarları 30 ilə yaxındır ki, işğalda saxladıqları torpaqlarımızda törətdikləri cinayətlərə və milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkünə çevirdiklərinə görə məhz bu gün cavab verməlidirlər.

Bu sözləri müszahibəsində Böyük Britaniyada “10 ən yaxşı xarici şair”dən biri seçilmiş, “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə deyib.

N. Həsənzadə söyləyib: “Xalqımızın son 30 ildə torpaqlarımızı işğaldan azad etmək üçün arzuladığı gün gəlib çatdı. Həlak olmuş oğullarımızın, valieynlərimizin, işgəncə verilmiş uşaqlarımızın, həmvətənlərimizin qisasını almağa başlamışıq. Hamılıqla günahsız öldürülən soydaşlarımıza yas tutduq. Onların günahsız ruhları üçün dualar etdik. Uzun illərdi şğalda olan vətən torpaqları nalə çəkir və igid oğulların yolunu gözləyir, intiqam atəşilə yanır. O an gəldi artıq. Bizi yaşadan və irəli aparan Uca Tanrının ədaləti və vətənimizə sevgidir. Biz özgə torpağ uğrunda mübarizə aparmırıq. Başqasının çörəyinə və evinə ehtiyacımız yoxdur. Qədim Qarabağ torpağında məsçidlərimizin, tarixi abidələrimizin, bir sözlə, milli-mədəniyyət nümunələrimizin işğalçılardan, faşistlərdən, vandallardan geri alınması üçün mübarizə aparırıq. Bir şairə kimi Tanrıya minnətdaram ki, bizə bu şansı yaratmışdır. Bu gün bizim şəhidlərimiz var. Tanrıdan hamısına əbədi cənnət arzu edirəm. Dinc sakinlərimizin içində ölən və yaralananlar var. Onların hər birinin qisası alınmaqdadır. Düşmən ordumuzun zərbələrindən özünə gələ bilmir, çoxsaylı itkilər verir. Ürəyimiz rəşadətli ordumuzun yanındadır”.

Şair əlavə edib ki, Ali Baş Komandan və ordumuzun qətiyyəti sayəsində torpaqlarımızda haqq ədalət bərpa olunacaq: “Əminəm ki, soydaşlarımız ata-baba yurdlarına qayıdacaq. Qarabağ torpağında Azərbaycan bayrağı əbədi dalğalanacaq. Bu gün Azərbaycanın bu çətin imtahanında yanında olan bütün dost dövlətlərlə, xüsusilə qardaş Türkiyə ilə bu bağlılığımızın əbədiliyinə zərrə qədər şübhə ola bilməz. Dövlət başçımızın qətiyyəti, prinsipiallığı və vətənpərvərliyi sayəsində biz düşməni yerində oturtmağı bacaracağıq”.
Bu xəbər oxucular tərəfindən 608 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed