Şrift:
Gürcüstanın informasiya portalları Dağlıq Qarabağ münaqişəsi barədə silsilə məlumatlar yayır
05.10.2020 [10:27] - Xəbərlər, Hərb
Son günlər Dağlıq Qarabağda gedən proseslər, ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlər və Azərbaycan Ordusunun qətiyyətli əks hücumu nəticəsində əldə olunan uğurla Gürcüstan KİV-lərinin diqqət mərkəzindədir.

Qonşu ölkənin report.ge, interpressnews.ge, 24news.ge, dalgatv.ge, aktual.ge və digər informasiya portalları, televiziya kanalları Azərbaycan, rus, ingilis və gürcü dillərində cəbhədə baş verən hadisələr barədə oxuculara ətraflı məlumatlar çatdırırlar.

Ermənistan silahlı birləşmələrinin Füzuli, Tərtər rayonlarının kəndlərini, eləcə də oktyabrın 4-də qədim Gəncə şəhərini raket atəşinə tutması, nəticədə dinc əhali arasında 1 nəfərin öldüyü və 32 nəfərin yaralanması, insanlara məxsus tikililərə ziyan dəyməsi Azərbaycanın Baş Prokurorluğunun məlumatı diqqətə çatdırılır.

Eyni zamanda, Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun və ətraf kəndlərin işğaldan azad olunması barədə çıxışı, eləcə də Müdafiə Nazirliyinin son məlumatları foto və videolarla oxuculara təqdim olunur.
Bu xəbər oxucular tərəfindən 457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed