05.10.2020 [10:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
58 tanınmış güney azərbaycanlı şair və yazıçı bəyanat yayaraq Azərbaycan xalqının işğal olunmuş torpaqlarının bütünlüklə azad edilməsini “qeyd-şərtsiz” dəstəklədiklərini bildiriblər.
Bəyanatda bildirilir ki, sülhün bərpasının yeganə yolu Ermənistanın işğal olunmuş ərazilərdən geri çəkilməsidir.
İranın bir qrup azərbaycanlı musiqiçisi də bənzər bəyanat yayaraq Qarabağın azadlığına dəstək verdiklərini bildiriblər.
60 tanınmış musiqi xadiminin imzasını daşıyan bəyanatda Qarabağın Azərbaycan musiqisinin inkişafında əvəzolunmaz payı olan simaların yetişdirdiyinə diqqət çəkilib, Azərbaycan xalqının bir çox mədəniyyət və incəsənət əsərlərinin kökünün məhz o torpaqda olduğu vurğulanıb.
Güney Azərbaycanın musiqi xadimləri həmçinin Ermənistandan Qarabağın işğalına son verməyi və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsini tələb ediblər.
Neçə gün əvvəl də Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətinin Vəkillər Kollegiyası, eləcə də İranın bir qrup azərbaycanlı kinematoqrafçısı oxşar bəyanat yayaraq Azərbaycan Respublikasının işğalçılara qarşı haqlı mövqeyini dəstəkləyib.
Xatırladaq ki, oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Urmu (Urmiya) və Ərdəbildə, eləcə də Tehranda on minlərlə insanın iştirakı ilə Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Aksiyalarda 100-dən çox azərbaycanlı fəal həbs edilib.

Bu xəbər oxucular tərəfindən 502 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |