05.10.2020 [10:51] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata əsasən, divarlara yazılan şüarlarda İran hakimiyyətinin işğalçı Ermənistana verdiyi dəstək qınanıb.
“İran! Şiələri öldürmək üçün kafir rejimi qidalandırmaq haramdır!”, “İran silahı + Rusiya sərmayəsi + PKK yaraqlısı = Qarabağ əhalisinin qətliamı” və s. kimi şüarlara şəhərin bir çox məhəlləsində rast gəlinir.
Təbriz başda olmaqla Güney Azərbaycanın digər şəhərlərində də neçə gündür ki, divarlara Azərbaycana dəstək şüarları yazılır.
“Qarabağ”, “ya Qarabağ, ya ölüm”, “Qarabağ bizimdir, bizim qalacaq”, “Azərbaycan milləti, çəkənməz bu zilləti” və “Güneydən Quzeyə dəstək” bu şüarlar sırasındadır.
Xatırladaq ki, oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Urmu (Urmiya) və Ərdəbildə, eləcə də Tehranda on minlərlə insanın iştirakı ilə Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Aksiyalarda 100-dən çox azərbaycanlı fəal həbs edilib.

Bu xəbər oxucular tərəfindən 491 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |