Şrift:
Xəzər getdikcə daha çox hərbiləşdirilir
12.11.2012 [15:50] - Hərb
Kontr-admiraldan diqqəti çəkən açıqlama



Xəzər dənizi getdikcə daha çox hərbiləşdirilir. Rusiya Hərbi Dəniz Donanması Xəzər flotiliyasının komandanı, kontr-admiral Sergey Alekminski (gttp://ecgo.msk.ru/sounds/947115.gtml) "Exo Moskvı" radiostansiyasına bildirib ki, regionda sualtı vəziyyətin izlənməsi üçün "Podsolnux" radiolokasiya stansiyası qurulub və silahlanmaya hazırdır. "Turan"ın xəbərində belə deyilir.

Raket gəmiləri, əsasən "Dağıstan" gəmisi donanmanın "fəxri" hesab olunur. Bunlar 2012-ci ilin yayında silahlanmaya qəbul olunub, "Kalibr-GK" yeni raket kompleksi ilə təchiz edilib (atəşin məsafəsi dəniz üzrə 2 min 350 km, yerüstü məqsədlər üzrə 2 min km-dən çoxdur). Gələn ilin mayında dördüncü bu cür gəmi - "Mahaçqala" suya buraxılacaq. Cəmi beş gəmi olacaq. Sonuncu "Qəhrəman şəhər Volqoqrad" adlanacaq. Gəminin suya oturma dərəcəsi 2 metrdir və istənilən buxtaya daxil ola, istənilən sahilə maksimal yanaşa bilər.

Flotiliyada sürəti 40 dəniz mili (bir mil 1,852 km/s) olan desant gəmiləri də var.

Eyni zamanda sərhəd xidməti yeni texnologiya ilə təchiz olunmuş "Brilliant" gəmisi ilə möhkəmləndirilib. Ötən il flotiliyada "Bal" yeni raket kompleksi ilə silahlanmış divizion yaradılıb. Mənbə qeyd edib ki, Xəzər flotiliyasında tezliklə sualtı qayıqlar və onların fəaliyyətini təmin edən pilotsuz uçan aparatlar ola bilər.

Yeniliklər sonrakı uğurlu diversiyalar məqsədilə hipotetik düşmənin daimi əsaslarla fəaliyyət göstərən platformalarını izləmək üçün lazımdır, deyə admiral vurğulayıb. Yaranmış geosiyasi duruma toxunan admiral qeyd edib ki, Xəzər flotiliyasının mövcud olduğu vaxtdan 290 il ərzində (1722-ci ildə I Pyotrun göstərişi ilə yaradılıb) bu gün hər zaman olduğundan daha vacibdir. O hesab edir ki, hərbi-siyasi nöqteyi nəzərdən Azərbaycanla Türkmənistan, Azərbaycanla İran arasında mübahisəli dəniz yataqlarına görə münaqişənin olması mümkündür.

Qazaxıstan Xəzərdə yeganə dövlətdir ki, öz hərbi-dəniz gəmilərini özü inşa edir. Rusiya üçün bu, problem deyil, çünki, regionda ən dost ölkədir. Dənizdə operativ durumun izlənməsi baxımından ən nümunəvi ölkə Rusiya istisna olmaqla, İrandır. Flotiliyanın heyəti MDB ölkələrində hərbi-dəniz qüvvələri ilə tanışlıq məqsədilə dostluq səfərlərində olublar. Sırada gələn yay İrana səfərdir (RF XİN-in planı üzrə). Bu ölkəyə son səfər 1972-ci ildə baş tutub. O zaman bir tərəfdə SSRİ, digər tərəfdə şah rejimi idi, flotiliya komandanlığı isə Bakıda yerləşirdi.
Bu xəbər oxucular tərəfindən 1518 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed