05.10.2020 [11:44] - Gündəm, Hərb
Otuz ildir səbirsizliklə gözlədiyimiz gün gəlib çatıb. Azərbaycan Ordusu respublikamızın ərazi bütövlüyünü təmin etmək uğrunda Ermənistanın hərbi təxribatına qarşı mübarizə aparır. İşğal altındakı torpaqlarımızın bir hissəsi, bir neçə strateji əhəmiyyətli yüksəklik qısa bir vaxtda azad olunub, düşmənin xeyli canlı qüvvəsi və döyüş texnikası məhv edilib, mühəndis-istehkamları dağıdılıb. Təbii ki, əldə olunan qələbəmizin əsasında hər şeydən əvvəl Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ölkəmizdə güclü iqtisadiyyatın yaradılması istiqamətində apardığı uğurlu və məqsədyönlü siyasət dayanır. Ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” fikri artıq bu gün düşmənlə döyüş meydanında öz təsdiqini tapmağa başlayıb.
Bu fikirləri açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Magistratura mərkəzinin direktoru, Əməkdar müəllim, professor Qabil Manafov bildirib. O qeyd edib ki, bu gün ölkəmiz özünün əzəli, tarixi və beynəlxalq hüquq tərəfindən tanınan torpaqlarımızın geri qaytarılması uğrunda mübarizə aparmağa məcbur olub. Bu məcburiyyət BMT Təhlükəsizlik Şurasının işğal olunmuş torpaqlarımızla bağlı qətnamələrinə Ermənistan dövləti tərəfindən məhəl qoyulmaması, həmin sənədlərdən irəli gələn vəzifələrin həlli istiqamətində beynəlxalq səviyyədə heç bir əməli tədbir görülməməsi, xüsusən son dövrlərdə rəsmi Yerevan tərəfindən məsuliyyətsiz və militarist xarakterli bəyanatların güclənməsi, ölkəmiz əleyhinə müxtəlif təhdid və təxribatların genişlənməsi, nəticədə xalqımızın “səbir kasası”nın dolub daşması ilə bağlı olub.
Azərbaycan Prezidenti rəsmi şəkildə bildirib ki, bizim Ermənistan torpaqlarında siyasi və hərbi maraqlarımız yoxdur. Bu isə o deməkdir ki, hazırda xalqımızın düşmənə qarşı apardığı mübarizə ədalətlidir və özünün işğal olunmuş torpaqlarının azad olunması məqsədi daşıyır. Bu gün döyüş meydanlarında məğlubiyyətini görən Ermənistan təxribatçı və dağıdıcı fəaliyyətini mülki əhalimizə, o cümlədən qadınlarımızı və uşaqlarımızı hədəf alaraq müharibə zonasından kənarda yerləşən şəhər və kəndlərimizə yönəldib.
Lakin əminik ki, beynəlxalq səviyyəli cinayətlər kimi qiymətləndirilən bu vandalizm və vəhşilik uzun çəkməyəcək. Prezident İlham Əliyevin iradəsi və qətiyyəti, xalqla hakimiyyətin həmrəyliyi, ölkəmizdə yaranan siyasi birlik, xalqımızın ruh yüksəkliyi və qələbəyə möhkəm inamı sayəsində mənfur düşmən torpaqlarımızdan qovulacaq, ölkəmizin ərazi bütövlüyü qəti şəkildə təmin ediləcək.

Bu xəbər oxucular tərəfindən 566 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |