05.10.2020 [18:55] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Hazırda Azərbaycan təkcə döyüş meydanında deyil, eyni zamanda siyasi arenada müharibə aparır.
Azərbaycan hərbi əməiyyatlarla parallel hücum diplomatiyası yürüdür. Bəllidir ki, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən müttəfiq və dost ölkələrlə yanaşı, ermənipərəst qüvvələr də az deyil. 27 sentyabrdan erməni təxribatına cavab olaraq Azərbaycanın başlatdığı əks-həmlə əməliyyatlarına bir sıra beynəlxalq təşkilatlar, ölkələr fərqli mövqe nümayiş etdirir. Bu məsələdə Fransa xüsusi fəallığı ilə seçilir.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron bəyanat yayaraq Azərbaycanı hücumu dayandırmağa çağırıb və hərbi əməliyyatları pisləyib. Makronun bu mövqeyinə Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan diplomatiyası qəti cavab verib.
Görünən odur ki, Azərbaycan hərbi əməliyyatlarla parallel olaraq uğurlu hücum diplomatiyası da aparır. Sözügedən proseslərlə bağlı partiya sədrlərinin mövqeyini öyrəndik.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında deyib ki, bu müharibədə həm diplomatiya, həm də informasiya sahəsində fəaliyyət çox mühümdir:
“Amansız bir döyüş şəraitində amansız şəkildə də diplomatik hücum olmalıdır. Çox ədalətsiz şəkildə üzərimizə gələn dövlətlər var. Amma haqqımızı müdafiə edən müttəfiqlərimiz, dostlarımız da var. Bu müharibədə həm daxili, həm də xarici siyasətimizdə dostun, düşmənin kimliyi məlum oldu. Əlbəttə, görünən odur ki, müharibənin aktiv fazasında-sahədə, həm də masada davranışlarla bağlı kifayət qədər hazırlıq görülüb. Peşəkar iş qurulub. Amma bu arxayınlığa imkan verməməlidir. Hesab edirəm ki, siz qələm sahiblərimiz də indiyə qədər olduğu kimi çalışmalarınızı davam etdirməlisiniz. Orta Asiyadakı türk cümhuriyyətlərinin fərqli davranış nümayiş etdirməsini vacib sayıram. Diplomatlarımız addım atıb bu məsələdə onları meydana dəvət etməlidirlər. Doğrudur, belə məsələlərdə dəvət olmur, amma düşünürəm ki, onlar çox kənarda qalıblar, münasibət bildirmirlər. Hesab edirəm ki, bəlkə də bu ifadəm bir qədər diplomatlara toxuna bilər, amma az qala Prezident diplomatik sahədə tək uğurlar qazandı, çox ciddi görüşlər keçirdi. Beynəlxalq təşkilatlarla, dövlətlərlə ikitərəfli, qardaş Türkiyə ilə ortaq davranışları ciddi şəkildə diplomatik hücumların zərərsizləşdirilməsinə imkan verdi. Əslində, Azərbaycan diplomatiyası hərbi uğurlar üçün bir bazadır. Arxayınlaşmaq olmaz, çünki savaş hələ təzə başlayıb, bitməyib. Mən həm hərbçilərimizə, həm də diplomatlarımıza uğur arzulayıram. Fürsətdən istifadə edib sizin vasitənizlə şəhidlərimizə rəhmət diləyir, yaralıların tez sağalmasını arzu edirəm. Siz jurnalistlərə də təşəkkür edirəm ki, çox ciddi, peşəkar davranış nümayiş etdirirsiniz. Belə də davam etmək lazımdır”.

Vilayət Muxtar/Cebhe.info
Bu xəbər oxucular tərəfindən 604 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |