Şrift:
Fərəc Quliyev Arif Paşaya başsağlığı verir
05.10.2020 [19:41] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Laçın Alayının sabiq komandiri, ehtiyatda olan polkovnik Arif Paşaya atası Fəxrəddin Paşayevin vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında bildirilir:
“Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda xüsusi xidmətləri olan Arif Paşanın atası, Laçın elinin hörmətli kişilərindən olan Fəxrəddin Paşayevin vəfatı bizi dərindən kədərləndirdi. İlk növbədə elində-obasında sahib olduğu hörmət-izzət, daha sonra isə övladlarını yüksək əxlaqi, milli-mənəvi və vətənpərvər ruhda böyüdərək, millətinə, vətəninə və dövlətinə layiqli insanlar kimi yetişdirməsi Fəxrəddin kişinin sahib olduğu mənəvi dəyərlərin və milli ruhun ifadələridir. Bu cür insanların dünyamızdan köçməsi təkcə doğmalarının deyil, bütün xalqın itgisidir.
Fəxrəddin Paşayevin vəfatı ilə bağlı öz adımdan və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından keçirdiyimiz kədər hissini bildirməklə, Arif Paşaya və mərhumun bütün doğmalarına dərin hüzünlə bqşsağlığı verirəm. Allahdan mərhuma rəhmət, ruhunun şad, məkanının Cənnət olmasını diləyirik!”
Bu xəbər oxucular tərəfindən 582 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed