Şrift:
Dünya Azərbaycanlı Gənclər Birliyinin məlumatı
12.11.2012 [16:51] - Gənclik
Bu gün Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Ermənistanın Fransadakı Səfirliyi qarşısında Azərbaycan və türk diaspor təşkilatlarının birgə etiraz aksiyası keçirilir.

Aksiyada Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, o cümlədən Avropa Azərbaycanlıları Konqresi, Benilüks Azərbaycanlıları Konqresi, Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan Fransız Gənclik Assosiasiyası, Hollandiya-Azərbaycan-Türkiyə Kültür dərnəyi, Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyi, Azərbaycan-Belçika Dostluq Cəmiyyəti, Almaniya Türk Federasyonu, Fransa Türk Tələbələr Birliyi, Berlin Azərbaycan Evi, Maqdeburq Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Fransa Azərbaycan Evi, Köln Türk Federasyonu, Strasburq Azərbaycan Tələbələr Birliyi iştirak edir.

Qeyd edək ki, aksiyanın məqsədi Azərbaycan torpaqlarının işğalında fəal şəkildə iştirak etmiş, Xocalı soyqırımının təşkilatçılarından olan Sərkisyanın sivil və demokratik bir ölkə olan Fransaya səfərinə Azərbaycan diasporunun etirazını çatdırmaqdan ibarətdir.

Aksiya ilə bağlı ətraflı məlumat almaq üçün Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri Ramın Məmmədova müraciət edə bilərsiniz:


Ramin Məmmədov (+994 55 210 71 01)
Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri
Bu xəbər oxucular tərəfindən 1437 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed