Şrift:
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev Obamanı təbrik edib.
12.11.2012 [17:38] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili, Parlamentin Müdafiə və Təhlükəsizlik komitəsinin üzvü Fərəc Quliyev Barak Obamanı ikinci dönəm ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib.

Hörmətli, Barak Obama!

“Sizi, ikinci dönəm ABŞ prezidenti seçilməniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-ABŞ münasibətləri ikinci prezidentliyiniz dövründə daha da inkişaf edəcək. Enerji təhlükəsizliyi, münaqişə zonalarında sülhün əldə olunması, terrora qarşı mübarizə sahələrində olduğu kimi, iqtisadiyyat, demokratiya sahələrində də əməkdaşlıq inkişaf etməklə münasibətlərimiz Azərbaycan və ABŞ cəmiyyətinə öz töhfəsini vermiş olacaq.”
“Əminəm ki, Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibə nəticəsində işğal olunmuş Dağlıq Qarabağ və onun ətraf rayonlarının işğalçılardan geri alınmasında səylərinizi daha da artıracaqsız. Qafqazda sülhün bərpası, İran ətrafında yaranmış olan problemin həlli və bu sahələrdə təhlükəsizliyin təmin olunmasında 50 milyondan yuxarı Azərbaycan türkü üçün ədalətli status-kvonun bərpası Azərbaycan və ABŞ-ın ortaq marağıdır..”
Bu xəbər oxucular tərəfindən 1527 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed