07.10.2020 [10:22] - Gündəm, Sosial
Meksikanın geniş oxucu kütləsinə malik “El Heraldo de Mexico” (Səfir işğal olunmuş torpaqların boşaldılmasına çağırır) və “Reforma” (Azərbaycan ərazisi işğal altındadır) qəzetlərində Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovun Ermənistan-Azərbaycan münaqişəsi və işğalçı dövlətin son hərbi təcavüz aktı ilə bağlı müsahibələri dərc olunub.
Səfirlikdən bildirilib ki, hər iki müsahibədə münaqişənin yaranma səbəbləri və Meksika ictimaiyyətinin bilməli olduğu kilid elementlər barədə danışan M.Talıbov, bu xüsusda Dağlıq Qarabağın mübahisəli ərazi deyil, Azərbaycanın beynəlxalq qaydada tanınmış, lakin yeddi ətraf rayonla birlikdə 30 ilə yaxındır Ermənistan tərəfindən işğal edilmiş ərazisi olduğunu, burada Ermənistanın özü tərəfindən də tanınmamış qondarma rejim yaradıldığını və işğalçı dövlətin bu ərazilərdə yaşayan 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə apararaq onları doğma yurdlarından qovduğunu bildirib.
Münaqişəyə dair BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd ayrı qətnamənin Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini deyən səfir, Ermənistanın bu günədək həmin sənədlərin tələblərinə məhəl qoymamaqla yanaşı, yeni təcavüz aktlarından da çəkinmədiyini, bu xüsusda, iyulda ölkəmizin Tovuz rayonu ərazisində, sentyabrın 27-dən isə təmas xətti boyu mülkü azərbaycanlı əhaliyə qarşı geniş miqyaslı hücumlar təşkil etdiyini, nəticədə onlarla soydaşımızın həlak olduğunu və ağır yaralandığını, hazırda isə Azərbaycanın mülkü vətəndaşları qorumaq üçün beynəlxalq hüquqa uyğun olaraq öz ərazisində hərbi əməliyyatlar apardığını qeyd edib.
Diplomat bildirib ki, Azərbaycan 27 ildir Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda irəliləyiş olacağına ümid etdiyi halda, bu günədək münaqişədə status-kvonu gücləndirməyə çalışan Ermənistan, hazırda münaqişəyə üçüncü tərəfləri də cəlb etməyə çalışır və bu ölkənin Azərbaycanın neft və qaz boru kəmərlərinin keçdiyi əraziləri hədəfə alması da eyni məqsədə xidmət edir.
Azərbaycanın sülh tərəfdarı olduğunu deyən səfir, regionda qalıcı sülhün bərqərar olmasının yeganə formulasının işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsi və məcburi köçkünlərin geri qaytarılması olduğunu vurğulayıb.
Azərbaycan təmsilçisi daha sonra Dağlıq Qarabağda Azərbaycan tərəfindən guya cihadçıların vuruşması haqda xəbərlərin saxta və gülməli olduğunu, bununla yanaşı bəzi iddiaların əksinə olaraq, Azərbaycan üçün münaqişənin etnik əsasının olmadığını, ölkəmizdə müxtəlif mədəniyyət və dini inanclara malik insanların bir arada, sülh şəraitində yaşadığını, bu xüsusda Roma papası Fransiskonun ölkəmizi “bütün dünya üçün tolerantlıq nümunəsi” adlandırdığını qeyd edib.
Sonda diplomat dünya ictimaiyyətinin, o cümlədən Meksikanın da qeyri-daimi üzvü seçildiyi Təhlükəsizlik Şurasının beynəlxalq hüquqa və özünün qəbul etdiyi qətnamələrin tələblərinə uyğun olaraq, Ermənistandan Azərbaycan ərazilərini boşaltmağı tələb etməli olduğunu, eyni zamanda Meksikanın daim beynəlxalq hüququ, dövlətlərin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin ölkəmiz tərəfindən də yüksək qiymətləndirildiyini bildirib.

Bu xəbər oxucular tərəfindən 301 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |