Şrift:
Gürcüstan KİV-ləri Qarabağ mövzusunda silsilə materiallar yayır
07.10.2020 [10:24] - Xəbərlər, Hərb
Gürcüstanın aparıcı “report.ge”, “interpressnews.ge”, “24news.ge”, “aktual.ge”, “dalgatv.ge” portalları, “1tv.ge” televiziyası hər gün Dağlıq Qarabağ mövzusunda silsilə materiallar yayır.

İnformasiya portallarının bugünkü saylarında Azərbaycan Prezidenti İlham Əliyevin işğal olunmuş torpaqlarımızın azad olunması barədə məlumatı Azərbaycan, rus, ingilis və gürcü dillərində oxuculara təqdim olunub.

Bundan başqa, Azərbaycanın Baş Prokurorluğunun erməni silahlı birləşmələrinin Gəncə, Tərtər, Bərdə, Mingəçevir və digər şəhərləri, kəndləri atəşə tutması nəticəsində 27 nəfər dinc sakinin öldüyü, 141 nəfərin yaralanması xəbəri, Xarici İşlər naziri Ceyhun Bayramovun digər ölkəlrin xarici siyasət idarələrinin rəhbərləri ilə telefon danışıqları, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikirləri, Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun Bakıya səfəri barədə dolğun xəbərlər yayılıb.

Azərbaycanın Müdafiə nazirinin erməni silahlı birləşmələrinə qarşı hücumun davam etdirilməsi barədə məlumatı və ölkəmizin Gürcüstandakı səfirliyinin Gürcüstandan könüllülərinın Azərbaycana getməsinə ehtiyac olmaması barədə açıqlaması da informasiya portallarının diqqət mərkəzində olub.
Bu xəbər oxucular tərəfindən 511 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed