Şrift:
İranlı rəsmi: “Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasına təkid edirik”
07.10.2020 [10:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O deyib ki, Ermənistan qüvvələri Azərbaycan torpaqlarını tərk etməlidir: “Biz Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasına təkid edirik. Bu bizim mövqeyimizdir və bunu əvvəllər də bildirmişik. Azərbaycanın işğal olunmuş əraziləri azad edilməlidir.


Hesab edirik ki, bu münaqişə hərbi yolla yox, danışıqlar yolu ilə öz həllini tapmalıdır. Biz həmçinin üçüncü tərəflərin bu münaqişəyə qarışmasını ziyanlı hesab edirik. Biz, sərhədyanı bölgələrimizdə vətəndaşlarımızın canının təhlükəyə düşməsindən nigaranıq. Biz regionda sülhün bərqərar olunmasının tərəfdarıyıq.


İran öz ərazisinə qarşı hər hansı bir təcavüzü, bilməyərəkdən olsa belə, qəbul etmir. Bizim iki qonşumuz olan Həm Ermənistan, həm də Azərbaycanla yaxşı münasibətlərimiz var. Məhz buna görə də, biz bu savaşın tezliklə başa çatmasını istəyirik” -deyə, İran hökumətinin sözçüsü Əli Rəbii əlavə edib.
Bu xəbər oxucular tərəfindən 438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed