07.10.2020 [11:26] - Xəbərlər, Hərb
Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Ermənistan ordusunun Azərbaycana qarşı son təxribatları barədə növbəti veriliş yayımlanıb.
Verilişin aparıcıları Kazuyasu İşida və Yasuhiro İşibaşi artıq 10 gündür davam edən və bütün dünya mətbuatının diqqətini özünə çəkən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışıblar. Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağ bölgəsinin illərdir Ermənistan ordusu tərəfindən işğal altında saxlanıldığı vurğulanıb. Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlardan çıxılmaz vəziyyətə düşən Ermənistanın Azərbaycanın bir sıra şəhər və kəndlərini raket və ağır artilleriya qurğularından atəşə tutduğu, Azərbaycanın mülki əhalisi arasında itkilərin artdığı qeyd edilib.
Ermənistan silahlı qüvvələrinin cəbhə xəttinə yaxın yerləşən Tərtər, Goranboy, Beyləqan şəhərləri ilə yanaşı, sənaye şəhəri olan Mingəçeviri, Xızı və Abşeron rayonlarını da raket hücumuna tutduğu bildirilib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Twitter” hesabında bu məsələ ilə bağlı paylaşmasına istinad edilib. Bundan bir gün əvvəl isə Azərbaycanın ikinci böyük şəhəri Gəncənin də Ermənistan silahlı qüvvələrinin eyni hücumuna məruz qaldığı, məktəb, xəstəxana binaları ilə yanaşı, çox sayda evin dağıdıldığı, dinc əhalinin zərər çəkdiyi bildirilib.
Verilişdə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərdən dərhal çıxarmasına dair 4 qətnaməsi barədə də məlumat verilib. Xüsusən qurumun 822 nömrəli qətnaməsini xatırladan aparıcılar 20 ildən çox müddət ərzində Ermənistanın bu sənədlərdən irəli gələn qərarları yerinə yetirmədiyini xüsusi vurğulayıblar. Hazırda bölgədə baş verən müharibənin başlıca səbəbkarının ermənilər olduğu qeyd edilib. Ermənistanın baş naziri N.Paşinyanın erməni xalqının diqqətini ölkəsinin iqtisadi və sosial problemlərdən yayındırmaq üçün müharibəyə çıxış yolu kimi baxdığı bildirilib.
Aparıcılar qarşıdurmanın dayandırılması üçün Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü şərti də tamaşaçıların diqqətinə çatdırıblar: “Tək bir şərtimiz var. Erməni silahlı qüvvələri qeyd-şərtsiz Azərbaycan torpaqlarını tamamilə və dərhal tərk etməlidirlər”.

Bu xəbər oxucular tərəfindən 541 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |