08.10.2020 [12:50] - Xəbərlər, Sosial
Sentyabrın 27-dən səhər saatlarından növbəti təxribata əl atan Ermənistan ordusuna Milli Ordumuz ikinci Aprel dalğasını yaşatdı. Təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutan Ermənistan ordusunun cavabı uğurlu əks-hücum əməliyyatları ilə verilir. Nəticədə bir sıra yaşayış məntəqələrimiz və strateji yüksəkliklər işğaldan azad edilib. Növbəti qələbə sevincini bizə yaşadan ordumuzun cəsur, igid əsgərləri ilə bir daha öy
Müsahibəsində bu sözləri Naxçıvan Dövlət Televiziyasının baş redaktoru Ruhiyyə Rəsulova deyib. Vətənpərvərlik mövzusunda bir sıra uğurlu telelayihələrin müəllifi olan Ruhiyyə Rəsulova bildirib ki, çox həyəcanlı və qürurlu günlər yaşayırıq. Hər gün gözümüz Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi məlumatları axtarır, tapır, oxuyur, ölkə kanallarından gündəlik xəbərləri alırıq. Sevinirik ki, bu günə qədər düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib. Təbii ki, müharibə itkisiz olmur. Şəhid qanı ilə suvarılan torpaq müqəddəsdir. O müqəddəs torpaqlar uğrunda bu gün Azərbaycan əsgəri döyüşür. İrəli gedərək işğaldan azad etdiyi torpaqlar da Azərbaycandır. Azərbaycan əsgəri haqq yolundadır. Öz doğma torpaqlarından düşmənin murdar ayağını kəsir. Bu yolda neçə igid verər can, amma geriyə dönməz. Himnimizdə deyildiyi kimi: “Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz!” Bəli, cümləmiz torpaqlarımızın işğaldan azad edilməsi naminə can verməyə hazırıq!
Naxçıvan Dövlət Televiziyasının baş redaktoru vurğulayıb ki, bunu anlayan mənfur düşmən öz çirkin oyununu davam etdirərək əhali arasında təşviş və çaşqınlıq yaratmaq məqsədilə yaşayış məntəqələrini, mülki əhalini atəşə tutur. Bütün bunlara baxmayaraq insanlar öz yurd-yuvasını tərk etmir. Çünki hər kəs Milli Ordumuza güvənir. “Bu yolda öldü var, döndü yoxdur!” - deyir. Artıq döyüşün başladığı ilk günlərdən ordudan qələbə müjdəsini alan kiçikdən-böyüyə hər kəs yaxşı anlayır ki, haqq da bizimdir, torpaqlar da bizimdir, Qələbə də bizimlədir. Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində də dediyi kimi, biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.
“Azərbaycan öz haqq işi uğrunda mübarizəsini davam etdirir. Cəbhənin müxtəlif istiqamətlərində davam edən döyüş əməliyyatları ərazilərin işğaldan azad edilməsi ilə nəticələnir. Çünki Azərbaycan əsgəri həm də Vətən eşqi, Bayraq sevgisi ilə silahlanıb. Budur, bizim əsgərləri qələbədən-qələbəyə aparan. Ürəklərində daşıdıqları bayrağı öz əlləri ilə sancacaqlar öz doğma torpaqlarına. Bu, Azərbaycan əsgərinin haqqıdır. Haqq yolunda irəliləyən əsgər heç zaman geri dönməz. Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş ruhu qarşısında tab gətirməyən erməni əsgəri isə artıq silahını yerə ataraq qaçır”, - deyən Ruhiyyə Rəsulova bildirib ki, əldə edilən məlumata əsasən, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən erməni könüllüləri döyüşlərin gərginliyi və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşdən imtina edirlər. Ermənistan hakimiyyətinin əlində oyuncağa çevrilən erməni əsgərində ruh düşkünlüyü isə ümumilikdə, ordusunun məğlubiyyəti ilə nəticələnir. Əsgər o zaman psixoloji cəhətdən silahlanır ki, öz torpağı uğrunda vuruşur, öz torpağını işğaldan azad etmək uğrunda canını fəda edir. Məsələyə bu aspektdən yanaşanda bir erməni əsgəri nə deyə canfəşanlıq etsin? Onun silahını atıb qaçması, digər tərəfdən müzəffər Azərbaycan Ordusunun qarşısında duruş gətirməməsi anlaşılandır. Bu döyüşün acı məğlubiyyətlərini öncədən proqnozlaşdırmaq heç də çətin deyil. Çox da uzağa getməyək. Bu ilin iyul ayında təxribata əl atan Ermənistan acı məğlubiyyətlə üz-üzə qaldı. Avqust ayında növbəti hərbi təxribata əl atarkən diversiya qrupunun rəhbəri Azərbaycan hərbçiləri tərəfindən saxlanıldı və hazırda ifadələr verir. Verdiyi ifadələrdən məlum olur ki, planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəlmişdir. Bütün bu təxribatların qarşısını cəsarətlə alan ayıq-sayıq ordumuzun yanındadır xalqımız. Ordu xalqın güvənc yeridirsə, bir ordu üçün də xalqın inamı, etibarı və sevgisi onu mənəvi-psixoloji cəhətdən silahlandırır, daha da güclü edir. Bu gün hər birimiz bu Vətənin əsgəriyik! Bu həssas dönəmdə biz də arxa cəbhədə səfərbərik. Öz işimizlə, ruhumuzla, canımızla, qanımızla. Dövlətimizin başçısının dediyi kimi, biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Bu xəbər oxucular tərəfindən 407 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |