08.10.2020 [13:10] - Gündəm, Sosial
1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini elan edib, 1992-ci ilin martında BMT-yə üzv qəbul edilib. Azərbaycan Respublikası BMT-yə üzv qəbul olunduqdan sonra həmin təşkilata müraciət edərək Ermənistanın təcavüzkar siyasətinin qarşısını almağı xahiş edib. BMT Təhlükəsizlik Şurası məsələni müzakirə etdikdən sonra 1993-cü ildə Ermənistanın işğalçılıq siyasətini pisləyən dörd qətnamə - 822, 853, 874 və 884 nömrəli qətnamələri qəbul edib, Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edib. Lakin işğalçı Ermənistan BMT-nin icra aparatının olmamasından istifadə edərək nəinki torpaqlarımızı tərk etməyib, hətta erməniləri orada məskunlaşdırmağa başlayıb. Bu gün Azərbaycanın özü BMT Təhlükəsizlik Şurasının qərarlarının reallaşdırılmasına çalışır
Müsahibəsində bu barədə danışan AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev deyib ki, Avropadakı havadarlarına güvənən Ermənistan qəsdən danışıqlar prosesini uzadaraq bu torpaqları sahiblənməyə çalışır. Bu münaqişəni nizamlamaq üçün yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi isə göz qabağındadır. Son illər hakimiyyətə gələn Ermənistanın baş naziri Nikol Paşinyanın həyasızcasına söylədiyi “Dağlıq Qarabağ Ermənistandır” şüarı xalqımızın səbir kasasını daşırmışdı. Bu, Azərbaycan xalqının hiddətinə səbəb oldu.
Vəli Baxşəliyev bildirib ki, Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə torpaqlarımızın azad olunması uğrunda əks-hücum əməliyyatına başladığı 27 sentyabr tarixindən torpaqlarımız anbaan işğaldan azad olundu. Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyən Ermənistan ordusu qaçmağa başladı, Ermənistan dövlətinin hərbi-siyasi rəhbərliyi isə təxribata əl ataraq dinc Azərbaycan əhalisini, enerji xətlərini hədəf seçərək əhali arasında çaşqınlıq yaratmağa çalışdı. Lakin təxribatlar xalqımızın və əsgərlərimizin mübarizə əzmini qıra bilmədi. Bu gün də Azərbaycan Ordusu addım-adım torpaqlarımızı azad etməkdə davam edir.
AMEA-nın müxbir üzvü deyib: “Biz bütün elm adamları canımızla və qanımızla Ali Baş Komandan, Prezident İlham Əliyevi və şanlı ordumuzu dəstəkləyirik! Lazım gələrsə, cəbhəyə getməyə hazırıq! Biz öz torpaqlarımız uğrunda vuruşuruq. Dağlıq Qarabağ Azərbaycandır! Var olsun Azərbaycan və Azərbaycan xalqı! Allah əsgərlərimizi qorusun!”

Bu xəbər oxucular tərəfindən 445 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |