Şrift:
Qarabağ müharibəsi veteranı: Erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!
08.10.2020 [13:48] - Xəbərlər, Sosial
Birinci Qarabağ müharibəsində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. Həmin dövrdə vahid komandanlıq olmadığından orduda hərc-mərclik, xaos hökm sürürdü. Nəticədə mənfur düşmənimiz Azərbaycan torpaqlarının 20 faizini işğal etdi.

Bu sözləri “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev verdiyi müsahibəsində bildirib.

Ötən 30 ilə yaxın bir müddətdə dövlətimizin sülh danışıqlarına həmişə sadiq qaldığını, düşmən tərəfinin isə hər gün atəşkəsi pozaraq dinc əhalini hədəfə aldığını vurğulayan Qarabağ müharibəsi veteranı, ermənilərin dünya ictimaiyyətinə özünü yazıq xalq kimi nümayiş etdirdiyini diqqətə çatdırıb.

Saleh Dostiyev daha sonra deyib: “Sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab olaraq əks-hücuma keçən ordumuzun qazandığı qələbələr bizim hər birimizi sevindirir. Ermənilər döyüşdə öz postlarını, silah-sursatlarını, tanklarını, zirehli maşınlarını qoyub qaçırlar. Cəsur, döyüşkən, qəhrəman ordumuz düşmən tapdağı altında olan yaşayış məntəqələrimizi bir-bir azad edir. Mən, məğrur, qəhrəman ordumuzla fəxr edirəm. İnşallah, işğal altında olan bütün ərazilərimiz geri qaytarılacaq. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Bu gün Azərbaycan dövlətinin üçrəngli bayrağı Cəbrayılda, Suqovuşanda, Murovdağda, bir sıra yaşayış məntəqələrimizdə dalğalanır. İnşallah, bu bayraq Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Qubadlıda, Kəlbəcərdə və düşmən tapdağı altında olan digər yaşayış məntəqələrimizdə dalğalanacaq! Erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından! Çünki, Qarabağ Azərbaycandır!”.
Bu xəbər oxucular tərəfindən 374 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed