08.10.2020 [13:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehran sakini olan Behman Şeyxi və Həmid Mənafi Nadarlı müvafiq olaraq 15 və 16 sentyabr tarixlərində əmək haqqı barədə çıxarış təqdim etməklə, 1 həftəlik məzuniyyətə buraxılmışdılar. Lakin koronavirusun kəskin yayılması səbəbindən onların məzuniyyət müddəti dünənə qədər uzadılmışdı.
Bu iki fəal digər milli fəallar Əkbər Azad və Əlirza Fərşi ilə birlikdə Beynəlxalq Ana Dili Günü ilə bağlı keçirilmiş mərasimə görə 2013-cü ildə həbs edilmişdilər.
Daha sonra Tehran əyalətinin Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin qərarı ilə onların hər birinə qarşı "milli təhlükəsizlik əleyhinə olan dəstə və qruplara qoşulma" ittihamı ilə 2 il həbs cəzası çıxarılmışdı. İyulun 21-də Behman Şeyxi,Həmid Mənafi Nadarlı və Əlirza Fərşinin həbs hökmləri qüvvəyə minib.
Sözügedən mərasimdə tutulan digər iki fəal Tövhid Əmirəmini və Kiyanuş Aslani də hazırda Böyük Tehran və Evin zindanlarında məhkumluq həyatı yaşayırlar.

Bu xəbər oxucular tərəfindən 623 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |