09.10.2020 [10:55] - Gündəm, Mədəniyyət
Əsgərlərimizin və əhalimizin əhval-ruhiyyəsi çox yüksəkdir. İnanırıq ki, şanlı ordumuz cəbhədə əldə etdiyi nailiyyətləri daha da artıraraq üçrəngli bayrağımızı Şuşada, Laçında və Xankəndidə dalğalandıracaq.
Bu sözləri müsahibəsində “Şərur” Xalq Yallı Ansamblının bədii rəhbəri, Azərbaycan Respublikasının Əməkdar artisti Əfsər Novruzov deyib.
“Ən böyük arzum odur ki, işğal altındakı torpaqlarımız azad olduqdan sonra biz orada “Şərur”, “Köçəri”, “Tənzərə” yallılarını ifa edək”, – deyən Əfsər Novruzov qeyd edib ki, Azərbaycan vətəndaşı bu gün qüdrətli ordusuna, qətiyyətli Prezidentinə güvənir, ordumuzun erməni işğalçıları üzərində qazanacağı Qələbənin çox yaxın olduğuna inanır.
Əfsər Novruzov deyib: “Hər birimiz istər arxa cəbhədə, istərsə də ön cəbhədə ordumuzun Qələbəsi üçün əlimizdən gələni etməyə hazırıq! Yaşasın Azərbaycan Ordusu, onun Ali Baş Komandanı! Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!”

Bu xəbər oxucular tərəfindən 350 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |