09.10.2020 [10:56] - Gündəm, Sosial
Muxtar respublikada insan amilinə verilən dəyər, səmərəli məşğulluğun təmin edilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər, keyfiyyətli ərzaqla təminat və səhiyyə xidmətlərinin düzgün təşkili əhali artımına öz töhfəsini verib. İqtisadi və sosial sahələrdə əldə olunmuş uğurlu inkişafın nəticəsidir ki, muxtar respublikada əhalinin sayı 2000-ci ilin sonuna nisbətən 26,9 faiz artaraq, 2020-ci il 1 iyul tarixinə 460,6 min nəfər olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, müqayisə olunan dövrdə əhalinin sosial rifahını və sağlam mühitdə yaşamasını göstərən digər mühüm göstərici kimi 1 yaşadək uşaq ölümlərinin azalmasıdır. Belə ki, əgər 2000-ci ildə muxtar respublikada hər 1000 diri doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 11,2 nəfər təşkil edibsə, 2019-cu ildə bu göstərici 3 nəfər olub.
Muxtar respublikada əhalinin hər 1000 nəfərinə hesabı ilə qeydə alınmış 1 yaşa qədər ölən uşaqların say göstəricisi Azərbaycan Respublikasının digər regionlarından və Avropanın bəzi ölkələrindən aşağıdır. Belə ki, bu göstərici Slovakiyada 7,1, Rumıniyada 6,4, Bosniya və Herseqovinada 6, Bolqarıstanda 5,8, Xorvatiyada 4, Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığında 3,9, Polşada 3,8, Danimarkada 3,7, Fransada 3,6, Yunanıstanda 3,5, Macarıstanda 3,4, Litvada 3,4, Almaniyada 3,3, Belçika, Niderland və Latviyada 3,2 nəfər olub.
Əhalinin ölüm səviyyəsinin aşağı düşməsində müşahidə olunan pozitiv tendensiyalar muxtar respublikada yeni doğulanlarda gözlənilən ömür uzunluğunun artımını təmin edib. Əgər 2000-ci ildə muxtar respublikada yeni doğulanlarda gözlənilən ömür uzunluğu 70,9 yaş təşkil edirdisə, 2019-cu ilin yekun nəticələrinə görə bu göstərici 78,7 yaş səviyyəsində olub.
2019-cu ildə muxtar respublikada qeydə alınmış yeni doğulanlarda gözlənilən ömür uzunluğu göstəricisi Azərbaycan Respublikasının digər regionlarından və Avropanın bəzi ölkələrindəki müvafiq göstəricidən yüksək olub. Belə ki, ömür uzunluğu Bolqarıstanda kişilərdə 71 yaş, qadınlarda 78 yaş, Macarıstanda kişilərdə 72 yaş, qadınlarda 79 yaş, Rumıniyada kişilərdə 72 yaş, qadınlarda 79 yaş, Latviyada kişilərdə 70 yaş, qadınlarda 80 yaş, Litvada kişilərdə 71 yaş, qadınlarda 80 yaş, Bosniya və Herseqovinada kişilərdə 74 yaş, qadınlarda 79 yaş, Slovakiyada kişilərdə 74 yaş, qadınlarda isə 80 yaş təşkil edib. Bu göstərici Naxçıvan Muxtar Respublikasında kişilərdə 76,6 yaş, qadınlarda isə 80,7 yaş olub.
Muxtar respublikada sağlam ailə – sağlam cəmiyyətin qorunub saxlanılması istiqamətində həyata keçirilən dövlət siyasəti yeni doğulanların sağlam mühitdə böyüməsinə və daha uzunömürlü yaşamalarına yeni imkanlar yaratmaqdadır.

Bu xəbər oxucular tərəfindən 319 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |