Şrift:
Azərbaycan İlahiyyat İnstitutu Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
09.10.2020 [12:00] - Xəbərlər, İslam dini
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi və əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə könüllü olaraq maaşlarının bir hissəsini Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna ianə ediblər.

İnstitutdan bildiriblər ki, bu ali təhsil müəssisəsinin kollektivi Fonda təqribən 7200 (yeddi min iki yüz) manat məbləğində vəsait köçürüb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanına əsasən yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb.

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən Azərbaycana qarşı başladığı növbəti təxribatların qarşısı şanlı ordumuz tərəfindən qətiyyətlə alınır. Əks-hücum başlayan gündən ölkəmizdə nazirliklər, təşkilatlar, agentliklər, ali təhsil müəssisələri, dünyada yaşayan azərbaycanlılar tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna ianələr köçürülüb.

Qəhrəman ordumuzun əks-hücum əməliyyatları nəticəsində torpaqlarımız işğaldan azad olunur.

Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!
Bu xəbər oxucular tərəfindən 2825 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed